AzərbaycanXƏBƏRLƏR
Mehdi Şamilli azadlığa çıxıb
Azərbaycan İslam Partiyası sədrinin həbsdə olan sabiq müavini Hacı Mehdi Şamilli azadlığa buraxılıb.
Bu barədə vəkil Cavad Cavadov məlumat verib.
Mehdi Şamilli ötən il avqustun 6-dan həbsdədir. O, Cinayət Məcəlləsinin 234.1-ci (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) maddəsi ilə təqsirli bilinib və 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.