İran XİN sözçüsü Suriyanın günahsız xalqı və müşayiət edənlərdən bir neçəsinin həlak olub, yaralanması ilə nəticələnən bu ölkənin baş nazirinə qarşı sui-qəsdi kəskin şəkildə pisləyib.
İran XİN sözçüsü Ramin Mehmanpərəst bu terror hadisəsində həlak olanların ailələrinin kədəri ilə bölüşüb.
Ramin Mehmanpərəst bildirib ki, bu hadisə Suriyadakı terrorçuların əsl simasını bu ölkə xalqına aşkar etdi. O, bu kimi hadisələrdə Suriyada aşkar surətdə terrorçu və iğtişaşçıları dəstəkləyən bəzi regional və beynəlxalq tərəf və amillərin məsuliyyət daşıdıqlarını vurğulayıb.