Meksikanın şimalındakı Nuevo Leon ştatındakı həbsxanada çıxan üsyanda 3 məhkum öldü.
Əyalət rəsmisi Manuel Gonzales, fevral ayında da üsyan çıxan Topo Chico Həbsxanada çərşənbə gecəsi başlayan hadisələrdə 3 məhkumun həyatını itirdiyini, 14’ünün də yaralandığını açıqladı.
Üsyanın, əyalət qubernatoru Jaime Rodriguez Calderon’un planlaşdırılan həbsxana səfərindən bir neçə gün əvvəl çıxdığı ifadə edildi.
Topo Chico Həbsxanada 11 Fevralda Zetas karteline bağlı iki qrup arasında çıxan hadisələrdə da 49 məhkum həyatını itirmişdi.