Almaniyanın aparıcı avtomobil istehsalçılarından Mercedes ölkədəki bütün yeni investisiyalarını dayandırmaq qərarına gəlib. Şirkətin əsas istehsal bazası olan Almaniyadan geri çəkilməsi zavodların bağlanması təhlükəsini daha da artırıb.
Bu vəziyyət Almaniyada sənaye böhranının daha sürətlə dərinləşdiyini göstərir. Mercedes-in ölkədəki mövqeyini zəiflətməsi Almaniya sənayesinin üzləşdiyi ciddi problemlərdən biri kimi qiymətləndirilir.
