Dünya

Məsud Pezeşkian: İran məsələni ləyaqətlə dialoq yolu ilə başa çatdıra bilər

Məsud Pezeşkian: İran məsələni ləyaqətlə dialoq yolu ilə başa çatdıra bilər

İran prezidenti Məsud Pezeşkian ölkə və xalq üçün xidmət etməyin məsuliyyət olduğunu bildirərək, ölkənin zəngin imkan və resurslarına baxmayaraq xalqın problemlərlə üzləşməsinin qəbuledilməz olduğunu deyib. O, “Ölkəmizdə hər hansı bir insanın gecəni ac yatmasını qəbul edə bilmərəm” – deyə bildirib və ən yaxşı olmaq üçün baxışların dəyişdirilməsinin vacibliyini vurğulayıb.

Pezeşkian qeyd edib ki, İmam Müctəba Xamenei “nə müharibə, nə sülh” vəziyyətinə son qoyulması barədə göstəriş verib. İran prezidentinin sözlərinə görə, məsələni ləyaqətlə dialoq yolu ilə başa çatdırmaq mümkündür. O, həmçinin ölkənin gələcəyinə laqeyd yanaşmağa haqlarının olmadığını, enerji sərfiyyatına qənaət etmək üçün iş otağını daha kiçik yerə köçürmək qərarına gəldiyini açıqlayıb.