MI6-nın sabiq əməkdaşı: Bu gün Suriyada cərəyan edənlər 2003-cü ilin İraqını xatırladır

İngiltərənin xüsusi xidmət orqanı Mİ6-nın sabiq əməkdaşı Alister Krok Suriyada cərəyan edən son hadisələrə işarə edərək, deyib: Bu gün Suriyada cərəyan edənlər 2003-cü il İraq hadisələrini xatırladır.

Alister Krok Fars Xəbər Agentliyi ilə müsahibədə Suriyada kimyəvi silahlar məsələsinin gündəmə gətirilməsi və bu ölkəyə qarşı hərbi seçimdən istifadə ehtimalı haqda deyib: Suriyanın kimyəvi silahdan istifadədə ittiham edilməsi sübut edir ki, bu məsələ çox dəqiq şəkildə proqramlaşdırılıb və lazımi ahəngdarlıqlar aparılıb. Xüsusilə qərb mediaları tərəfindən aparılan təbliğatlardan aydın olur ki, məqsəd ABŞ-ın Suriyaya birbaşa hərbi müdaxiləsinə zəmin yaratmaqdır.
Mİ6-nın sabiq əməkdaşı əlavə edib: Bu hadisənin BMT-nin faktaraşdırıcı heyətinin Suriyada araşdırmalar aparmaqla məşğul olduğu bir zamana təsadüf etməsi heç də təsadüfi deyil. Və bir çoxlarının zehnində 2003-cü il İraq hadisələrini canlandırır.
Krok daha təhlükəli adlandırdığı bir məsələyə də işarə edərək, deyib: Bir məsələ də var ki, çox təhlükəlidir. O da bundan ibarətdir ki, Amerikanın təsəvvürünə görə, Suriya hökumətinə qarşı hərbi müdaxilə edilərsə, Əsəd hökuməti buna cavabsız qalacaq. İsrail də bu fikirdədir. Bu isə son dərəcə təhlükəli məsələdir. Suriya hökumətinin qarşılıq verməyəcəyi haqda heç bir zəmanət yoxdur və istənilən hərbi müdaxiləyə reaksiya ehtimalı güclüdür.

↑
Mobil sürümden çık