AsyaDünyaXƏBƏRLƏR

Həzrət Fatimə Zəhranın(s) viladətinin ildönümü günü

Sabah bazar günü 1435-ci hicri-qəməri ili cəmadiüssani ayının 20-si 2014-cü miladi ili aprelin 20-si böyük islam peyğəmbərinin(s.ə) əziz qızı həzrət Fatimeyi Zəhranın(s) viladətinin ildönümü gününə təsadüf edir.

böyük islam peyğəmbərinin(s.ə) əziz qızı həzrət Fatimeyi Zəhranın(s) səkkizinci hicri-qəməri ili cəmadiüssani ayının 20-də dünyaya göz açmışdır.
Bu dəyərli xanım körpə yaşından vəhy evində böyük islam peyğəmbərinin(s.ə) təlimləri ilə, yüksək kamala elm və fəzilətə sahib oldu. Səhərin xəbər xidməti bu mübarək gün münasibəti ilə bütün müsəlman qadınları təbrik edir və onları müsəlman qadın nümunəsi olan o həzrəti özlərinə ülgü götürəcəklərini ümid edir.
böyük islam peyğəmbərinin(s.ə) əziz qızı dünya şiələrinin birinci imamı həzrət Əlinin(ə) səfa-səmimiyyət dolu evində özünün həyat yoldaşı və ana kimi üzərinə düşən məsuliyyətləri ən yaxşı formada yerinə yetirərək İmam Həsən(ə) və İmam Hüseyn(ə) və Həzrət Zeynəb(s) kimi göyük və azadə insanlar tərbiyə etdi.
Həzrət Fatimeyi Zəhra(s) bütün cəhətlərdə dünya qadınlarına nümunə hesab olunur və o həzrətin mövludu günü İranda ana və qadın günü kimi qeyd olunur. Həmin gündə qadınlar, xüsusi ilə də anaların mövqeyi anılır.
Səhər Beynəlxalq Televiziya Kanalı Həzrət Fatimeyi Zəhranın(s) mübarək mövludunun ildönümü günü münasibəti ilə bütün dünya müsəlmanları və azadlıqsevər insanlarını təbrik edir.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu