Azərbaycan Respublikasında Demokratik Qüvvələrin Milli Şurasının təkmilləşinə ADP, Açıq Cəmiyyət Partiyası, Ümid, Vətəndaş və İnkişaf Partiyası Milli Şuraya qəbul edilməyib.
“Yeni Müsavat” qəzeti məlumat verib ki, sızdırılan informasiyalarda bildirilir ki, bu partiyaların Milli Şuranın yaradılması ilə bağlı təklifləri əsassız və vaxt itkisinə səbəb olacaq faktor kimi qəbul edilib və həmin qüvvələrlə işbirliyi müvəqqəti olaraq dayandırılıb.
Milli Şuranın 51 nəfərlik tərkibi artıq bütün maraqlı tərəflərlə razılaşdırılıb.
Bütün maraqlı tərəflərlə danışıqlar müsbət nəticələr verdikdə sonra mayın 1-də Eldar Namazov Rüstəm İbrahimbəyovla görüşmək üçün Rusiya paytaxtına yola düşüb.
Bu birliyin seçkiöncəsi Azərbaycanın siyasi həyatını canlandıracağı düşünülür.