Minaların təmizlənməsində beynəlxalq əməkdaşlıq zəruridir

İran İslam Respublikasının müdafiə və silahlı qüvvələrə dəstək naziri siyasi baxışlara diqqət etmədən dünyada minalı məntəqələrin təmizlənməsində beynəlxalq əməkdaşlıqların həyata keçirilməsi zərurətinə təkid edib.

İSNA-nin verdiyi məlumata görə General-Mayor Əhməd Vəhidi bu gün bazar günü(31 mart) “ 4 aprel” “Mina Təhlükəsi Haqda Xəbərdar Etmə üzrə Beynəlxalq Gün”ü ərəfəsində bir müraciət verib. Bu müraciətdə dünyanın minalanmış məntəqələrinin, kaset bombaları və partlamamış bombalar olan məntəqələrinin təmizlənməsi üçün maliyyə və texniki mənbələrin təqdim olunması habelə bu haqda hərəkətlərin həyata keçirilməsində beynəlxalq yardım və əməkdaşlıqların zərurətinə təkid edilib.

İran İslam Respublikasının Səddam rejiminin İrana qarşı 8 illik müharibəsi zamanı minalardan və kaset bombalarından çoxlu zərərlərə məruz qaldığını bildirən İranın müdafiə və silahlı qüvvələrə dəstək naziri sonra deyib: “ İraqın Bəəs rejimi İranın 5 qərbi ostanında 20 min mina istifadə etməkdən əlavə İranın müharibədən zərər çəkmiş məntəqələrində təqribən 20 milyon partlamamış mərmi də var imiş”.

İranın minaların təmizlənməsi sahəsindəki bütün dəyərli təcrübələrini bütün ölkələrə təqdim etmək üzrə hazırlığını elan edən General-Mayor Vəhidi həmçinin deyib: “ Ümid edirik ki, Yaxın və Orta-Şərq məntəqəsindən əcnəbi, işğalçı və məntəqədən kənar qüvvələrin çıxması ilə bu məntəqədə sülh və stabillik yaransın və region ölkələrinin beynəlxalq müqavilələrə qoşulmasına zəmin hazırlansın”.

↑
Mobil sürümden çık