AsyaDünyaXƏBƏRLƏR

“Minsk qrupu bölgəyə turist səfərləri etməklə məşğuldurlar”

“ATƏT-in Minsk qrupunun həmsədrləri indiyədək ciddi fəaliyyət ortaya qoya bilməyiblər. Buna görə də, onların hansısa ədalətli mövqe nümayiş etdirəcəklərinə heç bir ümidim yoxdur”.

Bu fikirləri YAP üzvü, Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib. ATƏT-in Minsk qrupunu mənasız bir qurum hesab edən M.İbrahimqızı bildirib ki, həmsədrlər fəaliyyət göstərdikləri müddət ərzində münaqişənin həlli, Ermənistanın işğalına son qoyulması istiqamətində ciddi bir iş görməyiblər. Onun sözlərinə görə, həmsədr dövlətlərin təmsilçiləri vaxtaşırı olaraq yenisi ilə əvəz olunur və onlar da sələfləri kimi bölgəyə turist səfərləri etməklə məşğuldurlar:
“Həmsədrlərin bölgəyə son səfərlərindən sonra verdikləri bəyanat da təxminən əvvəlki bəyənatlarının təkrarıdır. Bütün bunlara görə, Azərbaycan xalqının onlara inamı yoxdur. Əslində, həmsədrlər öz mövqelərini beynəlxalq hüquq müstəvisində ifadə etməli, işğala məruz qalanla işğalçının arasında fərq qoymalıdır. Əks halda, onların verdikləri bəyanatı oxuyan hansısa xarici ölkə vətəndaşları əslində, münaqişənin mahiyyəti haqda heç nə anlaya bilməzlər.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu