Misir hadisələrinin tələfatı 578 nəfərə çatdı

Misirin Səhiyyə Nazirliyi cümə axşamı günü kənarlaşdırılmış prezident Məhəmməd Mursinin tərəfdarı olan etirazçıların aksiyalarını dağıtmaq üzrə polis və ordu qüvvələrinin hərəkəti və ondan sonra baş verən toqquşmalarda 578 nəfər, o cümlədən 535 nəfər mülki vətəndaşın həlak olduğunu bildirib.

Misir rəsmilərinin sözlərinə görə, eks-prezident Hüsnü Mübarək rejiminin devrilməsindən sonra bu ölkənin ən ağır günündə 43 polis məmuru da həlak olub.

Misir polisi və ordusu paytaxtda iki meydana hücum edib və ölkənin hər bir yerində toqquşmalar baş verib. Bu de-stabil vəziyyətin ardınca Misirin yarısında bir aylıq fövqəladə vəziyyət və gediş-gəliş qadağası qanunları tətbiq olunub.

↑
Exit mobile version