AfrikaXƏBƏRLƏR

Misir məscidlərinə güclü surətdə nəzarət edilir

Misirin Vəqflər Nazirliyi bu ölkə məscidlərini namaz qılınandan dərhal sonra bağlamaqla həmin müqəddəs məkanların şiddətli tərzdə nəzarət altına alınmasına çalışır.

Misirin vəqflər nazirinin birinci müavini- Səbri İbadə şənbə günü axşam Misirin çevrilişdən sonra Hüsni Mübarəkin diktatorluğu dövrünə qayıtmasını xatırladan bir hərəkətdə bir bəyanat yayaraq, bildirib ki, Misir məscidlərində namaz qılınandan dərhal sonra bu məkanlar bağlanacaqdır.

Misirin Vəqflər Nazirliyinin bu məsul şəxsi həmin hərəkəti əsaslandıraraq, deyibdir ki, bu addımda məqsəd, məscidin yerinin qorunub saxlanılması və ondan ölkənin siyasi hadisələrində sui-istifadələrin qarşısını almaqdır.

Dünən Qahirədə çevriliş dövlətinə qarşı aksiya keçirən “Müsəlman Qardaşları” təşkilatının tərəfdarları Ramsis meydanında yerləşən Əl-Fəth məscidində piket keçirmişdilər ki, təhlükəsizlik qüvvələrinin basqını ilə üzləşərək, bu məscidi tərk etməyə məcbur oldular.misir2

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu