BəhreynXƏBƏRLƏR

Ali-Xəlifə rejiminə qarşı aksiya

Manama dünən Ali-Xəlifə rejiminə qarşı böyük aksiyanın şahidi olub.

Bəhreyn xalqı dünən cümə namazında iştirak etdikdən sonra, böyük bir yürüş təşkil edərək, hakimiyyətin dinc şəkildə ötürülməsini istəyib.
Nümayiş iştirakçıları əllərində Bəhreynin bayrağı habelə, indiyə kimi etiraz aksiyalarında ölən və ya həbs olunanların fotoşəkillərini daşıyıblar.
Onlar həmçinin, beynəlxalq dairələr və mediaların Bəhreyn olayları qarşısındakı sükutunu qınayıblar.
Bu aksiyada müxtəlif təbəqədən olan insanlar, din alimləri və tanınmış siyasi və ictimai xadimlər iştirak ediblər.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu