İranın Xarici İşlər nazirinin müavini İran İslam Respublikasının Atom Enerjisi üzrə Beynəlxalq Agentliklə əməkdaşlığına təkid edib.
Seyid Abbas İraqçi cümə axşamı günü gecə Fars Xəbər Agentliyi ilə müsahibədə İran İslam Respublikasının Atom Enerjisi üzrə Beynəlxalq Agentliklə əməkdaşlığına təkid edərək, deyib: Gələcək danışıqlar xoşməramlılığa əsasən olmalı, başqa ölkələrin siyasi təzyiqləri olmadan və texniki və ixtisaslaşdırılmış bir atmosferdə keçirilməlidir.
İraqçi AEBA-nın baş direktorunun İranın nüvə fəaliyyətləri haqda olan yeni hesabatı barədə də münasibət bildirib.
” MAQATE-ın baş direktorunun hesabatı göstərir ki, İran xoşməramlılığa əsasən olan danışıqların davam etdirilməsi və qalan məsələlərin aradan qaldırılması üçün Atom Enerjisi üzrə Beynəlxalq Agentliklə əməkdaşlığı davam etdirməkdə ciddi və öhdəliklidir” –deyə İranın Xarici İşlər Nazirliyinin sabiq sözçüsü qeyd edib.
İraqçi deyib: Uranın zənginləşdirilməsi üzrə fəaliyyətlər özünün normal texniki və önə doğru irəliləməsini və axarını davam etdirir və bu proses İran İslam Respublikasının sülhsevər məqsədləri və ehtiyaclarına əsasəndir.
İranın Xarici Diplomatiya İdarəsinin rəsmisi həmçinin deyib: İranın mərkəzində yerləşən Nətənz və Tehranın cənubunda yerləşən Fordo təsisatlarında uranın zənginləşdirilməsi tam şəkildə AEBA-nın nəzarəti altındadır və yeni hesabatda da uranın zənginləşdirilməsi fəaliyyətləri barədə MAQATE-nin dəqiq statistikaları İranın tam şəkildə şəffaflığının göstəricisidir.
Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktoru Yukiya Amano-un İranın nüvə fəaliyyətləri haqdakı yeni hesabatı dünən çərşənbə günü yayımlandı.
AEBA çərşənbə günü İranla MAQATE arasındakı 11-ci dövr müzakirələrin 2013-cü il sentyabrın 27-də Avstriya paytaxtı Vyanada keçiriləcəyini bildirdi.
