Bir xristian Fransa vətəndaşı şiələrin 8-ci imamı Həzrət İmam Rzanın İranın şimal-şərqində müqəddəs Məşhəd şəhərində yerləşən pak ziyarətgahında islam dinini qəbul edib.
İRİB-in məlumatına görə, Astan Qüds Rəzəvi ictimai əlaqələr şöbəsinin məsul şəxsi Hüseyn Yusifi deyib: Xristian Fransa vətəndaşı, 60 yaşlı Mişel Gojo Həzrət İmam Rzanın pak ziyarətgahında keçirilən mərasimdə kəlmeyi-şəhadətini dedikdən sonra islam dini qəbul etdi və şiə məzhəbini seçdi.
Yusifi əlavə edib: Bu Fransa vətəndaşı Fransa ticarət şirkətlərindən birinin beynəlxalq məsələlər üzrə direktorudur və öz işi vasitəsi ilə bir neçə dəfə Yaxın Şərq ölkələri, o cümlədən İrana səfər edib.
Xristian Fransa vətəndaşı Mişel Gojo islam dinini qəbul etməyinin səbəbini geniş mütaliələr və müsəlmanlarla münasib əlaqə qurmaq vasitəsi ilə bu dinin kamil din olduğunu deyib.