Misir toqquşmalarında 5 nəfər ölüb və 200 nəfər yaralanıb

İnformasiya qaynaqları bildiriblər ki, Əl-Mənsurə şəhərində Misir prezidenti- Məhəmməd Morsinin tərəfdarları ilə müxalifləri arasındakı şiddətli toqquşmaların qurbanlarının sayı beş, yaralıların miqdarı isə iki yüz nəfəri ötüb keçibdir.

İndiyədək Əl-Mənsurə toqquşmalarında həlak olan və yaralananlar barədə heç bir rəsmi bəyanat yayılmayıbdır, lakin məlumdur ki, bu şəhərdə durum son dərəcə ağırdır.

↑
Mobil sürümden çık