AzərbaycanXƏBƏRLƏR

Əli Həsənov : hakimiyyətin mətbuatdan gizlədəcəyi, çəkinəcəyi heç nə yoxdur!

Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri, Əli Həsənov deyib ki, Azərbaycan hakimiyyətinin mətbuatdan gizlədəcəyi, çəkinəcəyi heç nə yoxdur!

Mərkəzi Seçki Komissiyası dairə seçki komissiyalarının sədrləri üçün ixtisaslaşdırılmış kursda çıxış edən Əli Həsənov vurğulayıb : “Azərbaycan bu gün dünyanın demokratik, azad dövlətlərindən biridir!”
Əli Həsənov deyib : “Hətta indi prezidentliyə namizəd olmaq istəyənlərdən biri deyir ki, hakimiyyətə gələcəyi təqdirdə onun haqqında yazan jurnalistlərin ağzından vuracaq. Lakin bu günədək Azərbaycan prezidenti İlham Əliyevin dilindən bir dəfə də olsun jurnalistləri təhqir edəcək söz çıxmayıb”.
Əli Həsənov onu da deyib ki, Hər hansı bir dövlətdə olan sistemin başqa bir dövlətə transfer edilməsi heç də məqbul deyil.
Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri deyib : “Məsələn, ABŞ-da mövcud olan dövlət idarəçilik sistemini Misirə tətbiq etmək heç vaxt gözlənilən nəticəni verməz. Yaxud da ki, Yaponiyadakı demokratik dövlət idarəçilik sistemini Tunisə transfer etmək məqbul sayıla bilməz”.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu