AfrikaXƏBƏRLƏR

Misirdə baş verən qarşıdurmalarda 2 nəfər həlak olub

Misirdə baş verən qarşıdurmalarda Məhəmməd Mursinin tərəfdarlarından iki nəfəri ölüb.

Misirin Süveyş və Əl-Faiyum şəhərlərinin səhiyyə xidmətinin fövqəladə hallar idarəsinin sədri Rza Zağlul bir bəyanatda bu xəbəri təsdiqləyərək deyib: Misir vətəndaşı olan Xalid Yusif adlı bir gənc, aksiyalar zamanı Əl-Ərbəin meydanında boyun nahiyəsindən yaralanıb və xəstəxanada həyatını itirib.
Zəğlul habelə polis ilə aksiyaçılar arasında baş verən qarşıdurmalarda yaralanmış insanların sayını da açıqlayıb.
Əl-Faiyum şəhərinin səhiyyə işçilərindən biri qeyd edib: Bu şəhərdə tələbə aksiyaçılardan biri təhlükəsizlik qüvvələri tərəfindən açılan atəş nəticəsində ölüb.
Hadisə şahidlərinin dediklərinə görə Misirin hakimiyyətdən kənarlaşdırılmış prezidenti Məhəmməd Morsinin əleyhdarlarının polis ilə Morsi himayəçiləri arasında baş verən qarşıdurmada müdaxilələri olub.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Göz Atın
Kapalı
Başa dön tuşu