Misirdə cümə günü toqquşmalarında 16 nəfər həlak olub

Misir Səhiyyə Nazirliyi bildirib: Cümə günü Misirin müxtəlif bölgələrində “İxvanul-Müslimin” tərəfdarları ilə Misir təhlükəsizlik qüvvələri arasında baş verən toqquşmalarda 16 nəfər həlak olub, 75 nəfər də yaralanıb.

Qahirədə və Misirin bir çox vilayətlərində cümə günü günortadan sonra İxvanul-Müslimin və onun tərəfdarı olan ifratçı cərəyanlarla təhlükəsizlik qüvvələri arasında ağır toqquşmalar baş verib.

Digər tərəfdən xəbər mənbələrinin məlumatına görə, cümə günü Qahirədə 4 partlayış baş verib. Nəticədə ən azı 6 nəfər həlak olub, 60 nəfər də yaralanıb.

Misir paytaxtında cümə günü partlayışlar elə bir halda baş verir ki, bu gün Misir xalqının inqilabının 3-cü ildönümü günüdür və son günlər Misirin hərbi və təhlükəsizlik qüvvələrinə qarşı hücumlar daha da kəskinləşib.

↑
Mobil sürümden çık