Misirdə Mursi tərəfdarlarının aksiyasında ölən və yaralanan var

Misirin Səhiyyə Nazirliyi Qahirədə bu ölkənin kənarlaşdırılmış prezidentinin tərəfdarları ilə müxalifləri arasındakı toqquşmalarda dörd nəfərin həlak olması, qırx beş nəfərin də yaralanmasından xəbər verib.

Polis Sina yarımadasında yerləşən Əl-Əriş və İsgəndəriyyə şəhərlərində aksiyaçıları dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib.
Misirin kənarlaşdırılmış prezidenti- Məhəmməd Mursinin tərəfdarları onun iyul ayında kənarlaşdırılmasından sonra hər cümə günü bir neçə şəhərdə ordunun hakimiyyətə gətirdiyi yeni rəsmilərə etiraz olaraq, aksiya keçirirlər.
Beynəlxalq Amnistiya Təşkilatının məlumatına görə, Misir ordusunun Mursini kənarlaşdırmaq üzrə çevrilişindən sonra onun tərəfdarlarından azı min dörd yüz nəfər təhlükəsizlik və polis qüvvələrinin hücumlarında ölüb və minlərlə nəfər də həbs olunubdur.

↑
Mobil sürümden çık