Misirdə “Müsəlman qardaşları”nın üzvlərinin saxlanılmasına başlanıldı

Misir Baş Prokurorluğu “Müsəlman qardaşları” hərəkatının 7 üzvünün saxlanılması barədə ölkənin Daxili İşlər Nazirliyinə tapşırıq verib. Onlar terror təşkilatına üzv olmaqda təqsirləndirilir.
Qeyd edək ki, dünən Misir hökuməti “Müsəlman qardaşları”nı rəsmən terror təşkilatı elan edilməsi ilə bağlı fərman verib.
Fərmana görə, “Müsəlman qardaşları”nın ölkə daxilində və xaricdə istənilən fəaliyyəti qanunsuz hesab edilir.
Həmin yeddi nəfər məlum fərmandan sonra hərəkatın saxlanılan ilk üzvləridir.

↑
Mobil sürümden çık