DünyaİranXƏBƏRLƏR

İran polisi hər gün dünyanın 40 ölkəsi ilə informasiya mübadiləsi aparır

İran İslam Respublikasının nizam intizam qüvvələrinin narkotiklə mübarizə polisinin rəisi narkotiklərlə mübarizənin beynəlxalq səviyyədə xüsusi diplomatiya tələb etdiyini bildirərək bu sahədə hər gün İranın 40 ölkə ilə informasiya mübadiləsi apardığını deyib.
General Əli Müəyyidi bu gün müxbirlərə verdiyi açıqlamada deyib: İranın nizam intizam qüvvələri narkotik maddələrlə mübarizə sahəsində qonşu ölkələrlə konstruktiv əməkdaşlığa malikdir və həmin ölkələrdə əlaqələndirici zabit layihəsinin icrası ardıncadır.
General Müəyyidi deyib: bu gün İranın narkotiklərlə mübarizə sahəsindəki fəaliyyətləri İranın böyük fərqlə bu sahədə birinci yerdə durmasına səbəb olub.
Müəyyidi İranın bu sahədə digər ölkələr üçün həqiqi nümunə olduğunu vurğulayaraq deyib: İran narkotiklərlə mübarizənin keyfiyyəti, bu sahədəki informasiya bankı və sisteminin sağlam olması nöqteyi-nəzərindən dünyada nümunəvi ölkədir.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu