Astara rayon Ağsaqqallar, Ruhanilər, Ziyalılar və Dindarlar komitəsi Azərbaycan İslam Partiyası Astara rayon komitəsinin məhbus sədri, hicam məhbusu Ruhulla Axundzadənin səhhəti ilə bağlı bəyanat yayıb.
Bəyanatda deyilir:
“Bismillahir-rəhmanir-rəhim.
2011-ci ildə şərlənərək zindana salınmış, mənəvi işgəncələr nəticəsində ağır dərəcəli infarkt keçirən Ruhullah Axundzadənin xəstəliyinin müalicəsi üçün Penitansiar xidmətin tibb məntəqəsində mütəxəssisləri özlərinin də etiraf etdiyi kimi şərait yoxdur və onun həyatı hər an təhlükə qarşısındadır. Bunları nəzərə alaraq R.Axundzadənin azadlığa buraxılmasını tələb edirik! Şəhid Vaqif Abdullayevlə bağlı buraxılan səhvi təkrarlamamağa çağırırıq. Bu zülmü nə Allah nə də Azərbaycan xalqı qəbul etməz.
Astara rayon Ağsaqqallar, Ruhanilər, Ziyalılar və Dindarlar komitəsi.”