Misirdə toqquşmalar davam edir

Misir təhlükəsizlik mənbələri silahlı qüvvələrin Sinanın təmizlənməsi üçün keçirdikləri əməliyyatın davamında 5 nəfərin həlak olduğunu və 36 nəfərin də həbs olunduğunu bildiriblər.

Misir silahlı qüvvələri ötən həftə də Daxili İşlər Nazirliyi qurumlarının əməkdaşlığı ilə bu ölkənin şimalında Sinanın təmizlənməsi üçün təhlükəsizlik tədbirlərini gücləndiriblər.
Bu məlumata görə, bu əməliyyatda həmçinin 108 qərargah yandırılıb, 12 avtomobil və 11 motosiklet məhv edilib.
Bu məlumata əsasən, sərhəd qvardiyasının üzvləri silahlı qüvvələrin mühəndislik bölməsinin əməkdaşlığı ilə 32-dən çox tuneli aşkarlayaraq məhv ediblər.
Həmçinin əl-Qəribə məntəqəsində Misirin sərhəd qvardiyası qüvvələri 131 qeyri-qanuni miqrant, o cümlədən 104 Misir, 15 Sudan, 10 Banqladeş, bir Suriya və bir Fələstin vətəndaşını həbs ediblər.

Exit mobile version