Misirdə polis nəzarət nöqtəsinə təşkil edilən silahlı hücumda 3 polis məmuru yaralandı.
Təhlükəsizlik qaynaqlarından alınan məlumata görə, Qahirənin qərbindəki əl-Cize bölgəsindəki polis nəzarət nöqtəsinə şəxsiyyəti naməlum kəslərin təşkil etdiyi silahlı hücum nəticəsində 3 polisin yaralandığı ifadə edildi.
Yaralanan polis məmurları xəstəxanaya qaldırıldı. Hücumun məsuliyyətini hələ boynuna götürən olmadı.
Dünən, Qahirənin şimalındakı əl-Kalyubiyye ilində mərkəzi təhlükəsizlik güclərinə aid konvoya təşkil edilən silahlı hücumda 1-i zabit 5 əsgər yaralanmışdı.
Misirdə ordunun rəhbərliyə müdaxiləsinin ardından müxtəlif şəhərlərdə zaman zaman şiddət hadisələri yaşanır.