AsyaDünyaXƏBƏRLƏR

Misirin Əl-Mənsurə şəhərinin təhlükəsizlik mərkəzindəki partlayışın detalları açıqlanıb

Misirin Əl-Mənsurə şəhərinin təhlükəsizlik idarəsi yaxınlığında bomba qoyulmuş iki avtomobilin partlaması nəticəsində on dörd nəfər həlak olub, yüz otuz üç nəfər də yaralanıbdır.

Eyni zamanda baş vermiş bu iki partlayışın biri təhlükəsizlik idarəsi binasının üzbəüzündə, digəri isə bu binanın mərtəbələrindən birində baş verib.
Misirin təhlükəsizlik mənbələrinin bildirdiklərinə görə, həlak olanlar arasında yüksək rütbəli zabitlər daxil olmaqla polis qüvvələrindən doqquz nəfər müşahidə olunur.
Bu partlayışların ardınca Əl-Mənsurə şəhərinin ümumi xəstəxanasının başçıları bu şəhərin əhalisindən partlayışlarda yaralanmış şəxslərə qan vermək üçün tez bir zamanda xəstəxanaya müraciət etməsini istəyiblər.
Partlayışın şiddəti nəticəsində təhlükəsizlik idarəsi binasının üç mərtəbəsi, həmçinin bu binanın ətrafında yerləşən iki digər bina dağılıbdır.
Həmçinin bu partlayışda istifadə olunmuş TNT-nin miqdarı min beş yüz kg olubdur.

İlgili Makaleler

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu
Kapalı