İran İslam Respublikasının Küveyt səfiri Yəməndə böhranın sülh yollardan aşılmasına vurğu etdi.
İranın Küveyt səfiri Alirıza Enayeti dünən etdiyi şərhdə, İran İslam Respublikası və Küveytin Yəməndə atəşkəsin təmin edilməsi və siyasi dialoqun başlamasına dəstək verdiklərinə işarə, bölgədə sabitliyin hər kəsin lehinə olduğunu ifadə etdi.
Enayeti Fars Körfəzi bölgəsinin indiki vaxtda bölgə ölkələrinin dayanışmasına ehtiyacı olduğuna işarə edərək, bölgə ölkələrinin ortaq əməkdaşlıq ilə təhlükəsizliyin güclənməsi üçün işləri lazım olduğunu, buna görə İranın Yəməndə sülh həll yolları tapmaq və Yəmənli partiyaların bu məzmunda müzakirə etmələrini təmin etməyə çalışdığını ifadə etdi.
Enayeti ayrıca Ərəbistanı döyüş təyyarələrinin insani yardım daşıyan İran təyyarəsinin Sana hava limanına enişinə mane olmalarına da toxunaraq, Küveytin söz mövzusu təyyarənin hava sahəsini istifadə etməsinə icazə verdiyini, lakin Səudiyyə Ərəbistanı döyüş təyyarələrinin havalimanı pistini bombalaması ilə yardımların çatdırılmasının reallaşmadığını də sözlərinə əlavə etdi.