Misirin kənarlaşdırılmış prezidentinin tərəfdarları bu ölkənin bir neçə vilayətində gecə aksiyaları keçirərək bu ölkədəki hərbi çevrilişə qarşı olduqlarını bir daha vurğulayıblar.
Ərəb mənbələrinin məlumatına görə, Məhəmməd Mursinin tərəfdarları ötən gecə Misirin bir neçə vilayətində gecə yürüşlərində bu ölkədəki hərbi çevrilişə qarşı olduqlarını bir daha bildiriblər.
Bu istiqamətdə ötən gecə Misirin İsgəndəriyyə şəhəri də hərbi çevriliş əleyhinə bir neçə gecə yürüşünün şahidi olub. Bu yürüşlərdə iştirak edənlər şüarlar səsləndirərək siyasi məhbusların azadlığını tələb ediblər.
Etirazçılar həmçinin Rabiə əl-Ədəviyyə meydanındakı hadisələrlə əlaqədar şüarlar səsləndirərək və çevrilişə qarşı şüarlar yazılan parçaları daşıyaraq aksiyaçı və etirazçıların qatillərindən qisasın alınmasını istəyiblər.