İranXƏBƏRLƏR

Sepah-ın keçmiş komandanının Qarabağ ifşaçılıqlarına reaksiyalar davam edir

İran İslam Respublikası Quruluşunun Məsləhəti Şurasının katibi və İslam İnqilabı Keşikçiləri Korpusu Sepah-ın keçmiş komandanı Möhsün Rzayinin Qarabağ müharibəsi zamanı İranın Azərbaycana olan yardımları və Qarabağ müharibəsi zamanı onlarla iranlının şəhid olması haqdakı ifşaçılıqları Azərbaycan Respublikasında müxtəlif və fərqli reaksiyalara səbəb olub.

Azeri.sahartv.ir saytının məlumatına görə, hakimiyyətə yaxın mənbələr, millətçilər və anti-İran qüvvələr bu ifşaçılıqları əsassız qələmə verməyə və ya Qarabağ müharibəsində şəhid olan iranlıların azəri olduqlarını iddia etməklə onların guya “Vahid Azərbaycan” ideyası uğrunda şəhid olduqlarını önə çəkməyə çalışırlar.

Elə bu məqsədlə Azərbaycan Respublikası Parlamentinin üzvü Fərəc Quliyev Sepah-ın keçmiş komandanı Möhsün Rzayinin sözlərinə reaksiya olaraq, “Bakı Xəbər” qəzeti ilə müsahibədə iddia edib ki, İran Qarabağ müharibəsi zamanı Azərbaycanı himayə etməyib və müharibə boyunca İran erməniləri dəstəkləyib.
F.Quliyev İran Azərbaycanını qondarma “Cənubi Azərbaycan” kimi adlandıraraq, iddia edib ki, “Cənubi Azərbaycan” əhalisi Azərbaycan torpaqlarını müdafiə etmək üçün Qarabağ müharibəsində iştirak ediblər.
O, əlavə edib: “Misal üçün Əlirza Ağambəylini nümunə göstərmək olar. O, Qarabağ müharibəsində ermənilərlə döyüşüb. Əlirza kimi onlarla “Cənubi Azərbaycanlı” azərbaycanlıların kənarında döyüşüblər. Lakin, İran rəsmilərinin mövqeyi aşkar formada Ermənistanı himayə olub.” F.Quliyev iddia edib ki, İran rəsmilərinin bu kimi fikirlər səsləndirmələrinin səbəbi hazırda İranın beynəlxalq təcridə məruz qalması, heç bir müttəfiqi olmamasıdır. Buna görə də İran bu yolla qonşu dövlətlərin himayəsini cəlb etməyə çalışır.

Beynəlxalq Terrorçuluq və Korrupsiya ilə Mübarizə Mərkəzinin direktoru Rövşən Novruzoğlu isə Qarabağ müharibəsi zamanı onlarla iranlının azərbaycanlıların kənarında döyüşdüyünü və şəhid olduqlarını təsdiq edib.
R.Novruzoğlu deyib: İranın Azərbaycan Respublikasına təcavüz edənlərlə bağlı siyasi siması həmişə səmimi və əzəmətli olub və biz bunu Qarabağ müharibəsində müşahidə etmişik.
Rövşən Novruzoğlu Qarabağ müharibəsi zamanı iranlıların azərbaycanlıların kənarında olduğunu, onların döyüşün mənasını başa düşdüklərini və İran-İraq müharibəsi veteranlarından onlarla nəfərin Qarabağ müharibəsində iştirak etdiyini bildirərək, deyib: Onlar arasında bütün iranlı etnoslar o cümlədən farslar, azərilər və kürdlər mövcud idi.
Beynəlxalq Terrorçuluq və Korrupsiya ilə Mübarizə Mərkəzinin direktoru əlavə edib: Biz araşdırmalar aparmışıq ki, 1992-ci ildə Xocalı faciəsi baş verən zaman erməni separatçılarına qarşı döyüşlərdə azərbaycanlıların kənarında iranlılar da olublar. Onlardan 11-nin qəbirini biz aşkar etmişik. Onların bəzilərinin qəbirləri Xocalı, Laçın, Kəlbəcər , Qubadlı və Şuşadadır.

Xatırladaq ki, İran İslam Respublikası Quruluşunun Məsləhət Şurasının katibi və İran İslam İnqilabı Keşikçiləri Korpusunun sabiq komandanı Möhsün Rzayi  müsahibəsi zamanı deyib: Şəxsən göstəriş vermişdim ki, Qarabağ məntəqəsinin vəziyyətinə aydınlıq gətirilsin və Azərbaycan Respublikası ordusu münasib hərbi təchizat ilə təchiz edilsin və lazımi hərbi təlimlər keçilsin.
M.Rzayi əlavə edib: Hətta o zaman Azərbaycan Respublikası silahlı qüvvələrinə hərbi təlimlərin keçilməsi üçün lazımi göstərişlər vermişdim.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu