DünyaLivanSuriyaXƏBƏRLƏR

“Moğniyə, Livan, Hizbullah və müsəlmanların iftixarıdır”

ABŞ-ın Suriyaya ehtimali hücumu, Yaxın Şərq regionunda böyük bir böhranın baş qaldırmasına bir başlanğıcdır.

Livanda, bir parlament nümayəndə heyətin başında səfərdə olan İran İslam Şurası Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədri Əlaəddin Burucerdi Livanın xarici işlər naziri Ədnan Mənsur ilə görüşdə bu fikri səsləndirib.

Onun sözlərinə görə, Amerika konqresi ,regionun kritik vəziyyətini nəzərə almalı və elə bir qərar çıxarmalıdır ki, Suriya və qonşu ölkələrin stabilliyinin daha pozulmasına səbəb olmasın.

Burucerdi habelə İmad Moğniyənin məzarı üstünə gedib və qəbrinin üstünə əklil qoyduqdan sonra bu şəhidin pak ruhuna fatihə oxuyub.

Hacı Rizvan adı ilə məşhur olan İmad Moğniyə 2008-ci milad ili fevral ayının 12-də İsrail rejiminin casusluq orqanı Mossad amillərinin tərəfindən Dəməşqdə onun maşınına quraşdırılmış partlayıcı qurğunun işə salınması nəticəsində şəhid olmuşdur.

Yada salaq ki, ötən 20 ildə, ABŞ və İsrail rejiminin casusluq orqanları Moğniyənin həbs edilməsi üçün dəridən qabıqdan çıxmışdılar. Hətta onu həbs etməyə nail olan şəxsə 25 milyon dollarlıq bir mükafat nəzərdə tutmuşdurlar.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu