Site icon İslami Dəvət

Molla Hibatullah: Taliban rəhbərliyinə itaət və birlik vacibliyini vurğuladı

Molla Hibatullah: Taliban rəhbərliyinə itaət və birlik vacibliyini vurğuladı

Taliban qruplaşmasının rəhbəri Molla Hibatullah Axundzadə Kabildə keçirilən konfransda bu qruplaşmanın hakimiyyət strukturunda rəhbərliyin mövqeyini vurğulayaraq dedi: “Əmirə hörmət rəiyyətə hörmətdir.”

O, Taliban siyasətinin Qurani-Kərimə əsaslandığını bildirərək, qruplaşmanın bütün qanunlarını Allah naminə qəbul etdiyini söylədi. Axundzadə həmçinin insanların “İslam Əmirliyinin həqiqəti” adlandırdığı anlayışla tanış olmalarını istəyib, möminlər arasında birlik və qarşılıqlı dəstəyin vacibliyini vurğulayıb.

Exit mobile version