Moskva: Amerika özünün taktiki olan nüvə silahlarını Avropadan çıxarmalıdır

Rusiyanın Müdafiə Nazirliyi NATO Alyansına üzv olan ölkələrdə yerləşdirilən Amerikanın nüvə silahlarının yığışdırılmasını istədi.

Rusiyanın müdafiə nazirinin müavini Anatoli Antonov qeyri-nüvə ölkələrindən Amerikanın taktiki olan nüvə silahlarının yığışdırılmasını istədi.

Media mənsublarına açıqlama verərkən bu məqama toxunan Rusiyanın müdafiə nazirini müavini sonra deyib: Nüvə Silahlarının Yayılmasını Qadağan Edən NPT müqaviləsinin bir mütəxəssisi kimi soruşuram: nə üçün nüvə silahları qeyri-nüvə ölkələrində yerləşdirilməlidirlər? NATO təşkilatının nüvə silahlarına nəzarət sistemi necədir? Məncə bu məsələ NPT müqaviləsinin birinci və ikinci maddələrinin pozulmasıdır.

Antonov sonra deyib: Rusiya sərhədləri xüsusiyyət təşkil etməklə NATO-ya üzv olan Avropa Birliyi ölkələrindən taktiki olan nüvə silahları tez bir zamanda yığışdırılmalıdır.

O sonra deyib: biz bu nəticəyə çatdıq ki, NATO ölkələri Amerikanın nüvə silahlarını öz ölkələrindən çıxarıb, Amerikaya köçürməlidirlər.

↑
Mobil sürümden çık