Rusiya xarici işlər naziri İran və Altılar qrupu arasında baş tutacaq növbəti müzakirələrin uğurlu olacağına ümidvarlıq edib.
Sergey Lavrov cümə axşamı günü deyib: Rusiya ümidvardır ki, İran ilə beynəlxalq vasitəçi qrup arasında aparılacaq növbəti müzakirələrin gedişində heç bir problem yaranmasın.
Lavrov daha sonra deyib: Biz istəyirik ki, İranın nüvə məsələsi ilə bağlı müzakirələrin hazırkı etapı yekun anlaşma sənədinin hazırlanmasına səbəb olsun və İranın nüvə proqramı ətrafındakı bütün məsələlər öz həllini tapsın və İrana qarşı sanksiyaların ləğvinə zəmin yaratsın.
Rusiya xarici işlər nazirinin İran ilə Altılar qrupu arasındakı Vyana müzakirələri ilə bağlı ümidvarlığı elə bir haldadır ki, bu müzakirələr cümə axşamı günü bir bəyanat yayaraq, danışıqların zaman cədvəli barəsində anlaşmanın əldə olunduğunu bildirdi.
Vyana iclasının sonunda qəbul olunan bəyanatda həmçinin deyilir: İran və Altılar qrupu arasındakı müzakirələr cari ilin mart ayının on yeddisindən Vyanada davam etdiriləcək.