Rusiya Xarici İşlər Nazirliyi bazar ertəsi günü bir bəyanatda bildirib: Suriya prezidenti Bəşşar Əsəd hökumətinə müxalif ölkələrin bu ölkə üsyançılarını silahlandırmaqla bağlı qərarları Suriya münaqişəsinə son qoymaq məqsədilə sürətli siyasi həll yolunun tapılması istiqamətindəki səylərə mane olur.
Rusiya Xarici İşlər Nazirliyi ötən gün Qətər paytaxtı Dohada “Suriyanın Dostları” qrupuna üzv 11 ölkənin qərarına toxunaraq əlavə edib: Dohada belə bəyanatların verilməsi Suriya məsələsinin həlli üçün ciddi nigaranlığa mane ola bilməz.
Ötən gün Qətər paytaxtı Dohada keçirilən “Suriyanın Dostları” qrupunun iclasında ABŞ-ın rəhbərliyi ilə iştirakçı ölkələr beynəlxalq qanunlara zidd olaraq suriyalı üsyançılara silah göndərilməsinə qərar çıxardılar.