Azərbaycan Respublikası president seçkisinə az vaxt qalmış bir zamanda Oktyabrın 7-də Azərbaycan prezidenti İlham Əliyev Rusiya prezidenti Vladimir Putinə telefonla zəng edib.
Azərbaycan prezidentinin mətbuat xidmətinin yaydığı məlumata görə, İlham Əliyev Vladimir Putini ad günü münasibətilə təbrik edib, ona prezidentlik fəaliyyətində yeni uğurlar və möhkəm cansağlığı arzulayıb.
Rusiya prezidenti göstərilən diqqətə və təbrikə görə İlham Əliyevə minnətdarlığını bildirib. İki tərəf Rusiya prezidentinin bu yaxınlarda Azərbaycana səfərinin əlaqələrin daha da möhkəmlənməsi baxımından önəmi vurğulayıblar.
Digər tərəfdən ABŞ Dövlət Departamentinin Azərbaycanda oktyabrın 9-da keçiriləcək prezident seçkisi ərəfəsində jurnalistlərə hücumdan narahat olduğu iddia edib.
ABŞ Dövlət Departamentinin sözçüsü 7 oktyabr brifinqində deyib ki, ABŞ bu seçki kampaniyası dövründə bir sıra müsbət və mənfi aspektlər müşahidə edib və Azərbaycan hakimiyyətini ölkədə ifadə, toplaşmaq və birləşmək kimi fundamental azadlıqları qorumağa çağırır.
