Rusiya təhlükəsizlik qüvvələri bu ölkənin paytaxtında yerləşən Qızıl Meydanda keçirilən aksiya zamanı 19 antidövlət aksiyaçısını həbs ediblər.
Bazar günü axşam onlarla nəfər Moskvanın Qızıl Meydanında keçirilən aksiyada bir qrup dövlət müxalifinin zindandan azad edilməsini istəyib.
Bu məhbuslar “Bolotnaya” adlı işə əsasən, ötən il Bolotnaya meydanında çaxnaşmalar təşkil və ya onda iştirak etmək ittihamı ilə həbsə məhkum olunublar.
Paltarlarında Rusiya dövləti ilə müxalif olanları himayə əlaməti olaraq, ağ bantlar olan aksiyaçılar məhbusları himayə edərək, nəğmələr oxuyub, onların zindandan azad olunmaları haqda şüarlar veriblər.
Polis məmurları aksiyaçılara xəbərdarlıq edəndən və onların meydanı tərk etməkdən çəkinmələrindən sonra aksiyaçıları həbs etməyə başlayaraq, 19 nəfəri həbs edib, polis mərkəzinə köçürüblər.
Rusiya qanunlarına əsasən, bu ölkədə qanunsuz aksiyalarda iştirak cinayət sayılır və qanunu pozan şəxslər həbsə və ya 3 min 300 dollar(100 min rubl) cərimə ödəməyə məhkum edilirlər.
