ABŞ ordusunun bir zabiti İraqda hərbi xidmətdə olduğu zaman 2746 nəfəri qətlə yetirməklə ABŞ tarixində qeydə alınmış təkbaşına ən çox adam öldürən şəxs rekordunu təzələyib.
Mehr xəbər agentliyinin məlumatına görə, Dilard Conson adlı bu amerikalı hərbçi İraqın işğalı zamanı ABŞ ordusu tərəfindən ona tapşırılan missiyaları böyük həvəslə yerinə yetirməsinə görə indiyə kimi 37 dəfə medal alıb.
D.Consonun adı ABŞ ordusundakı xidməti müddətində törətdiyi cinayətlərə xatir Birləşmiş Ştatlar tarixində qara ləkə olaraq qalacaq. Hazırda ehtiyatda olan bu hərbçi Nyu-York Post qəzeti ilə müsahibədə hələ uşaq yaşlarından tüfənglə öldürməyə böyük həvəsi olub və 1986-cı ildə orduya qatılıb. 2003-cü ildə isə İraqa ezam olunub.
