Mossadın qara işi sionist medialarda araşdırılır

Sionist İsrail rejiminin 10-cu telekanalı bu rejimin casusluq qurumunun qara işini araşdıraraq onun region ölkələrindəki təxribatçılıqlarını ifşa və etiraf edib.

İşğalçı sionist rejimin 10-cu telekanalının reportyoru deyib: Ötən on il ərzində hər neçə ayda bir dəfə regionun müxtəlif ölkələrinin paytaxtlarında dəhşətli partlayış səsləri eşidilirdi. Bu partlayışlarda İsrail düşmənlərindən biri aradan qaldırılırdı.

Bu reportyor əlavə edib: Bu partlayışlardan birində Hizbullah rəsmilərindən İmad Müğniyə terror olundu; Digər partlayışlarda İranın nüvə alimləri terror olundu; Başqa bir əməliyyatda isə Suriya ordusunun generalına sui-qəsd edildi. Başqa bir əməliyyatda Dəməşqdə təhlükəsizlik sığınacağı əldə etdiyini güman edən Həmasın yüksək səviyyəli rəsmisi terror olundu. Mossadın başqa bir proqramında bir kompüter virusu İranın nüvə obyektlərindəki sentrifuqa aparatlarını hədəfə aldı.

Sionist reportyor xatırladıb: Mossad həmçinin Suriyanın Atom Elektrik Stansiyalarını məhv etdi və silah aparan gəmiləri Sudan sahilində batırdı.

Bu sionist reportyorun sözlərinə görə, israilli hərbçi Meyer Daqan Ariel Şaron tərəfindən Mossadın rəhbəri təyin olundu. O, Olmertin baş nazirliyi dövründə Mossadın funksiyasını “ən yaxşı” formada yüksəltdi. Lakin Həmas rəsmilərindən Məbhuhun Dubayda terror olunması üçün hazırlanan əməliyyat, Mossadın funksiyasını məchul vəziyyətlə üzləşdirdi. Dubay polisi dərhal Məbhuhun terror amillərini müəyyənləşdirdi.

Reportyor bildirib: Bu hadisə ardınca, dünya mətbuatı 24 şəxsin şəklini yayımlayaraq bildirdi ki, bu şəxslər Mossadın amilləridirlər. Lakin bununla belə bu şəxslərdən heç biri həbs olunmadı. Bu barədə Mossada ünvanlana ittihamlar ona böyük zərbə vurdu.

Sionist reportyor xatırladıb: Bu hadisə zamanında baş nazir Netanyahu müavini Tamer Bardonu Daqanın yerinə təyin etdi. İki il öncədən indiyə qədər Bardonun məsuliyyətini üzərinə götürdüyü Mossad regionda sirli partlayış və terrorlar törətməyib.

Exit mobile version