Sionist rejimin qırıcı-bombardmançı təyyarələri bir daha Livanın hava zonasını pozublar. İRNA-nın verdiyi məlumata görə Livan mənbələri bildiriblər ki, sionist rejim ordusunun qırıcı bombardmançı təyyarələri bu gün bazar günü(31 mart) səhər Livanın hava zolağını pozaraq, bu ölkənin cənub məntəqələrində aşağı məsafədə uçuşlar həyata keçiriblər. Bu məlumata görə sionist rejim qırıcıları Bent-Bil, Mərcəiyyun, Təbnin, Nəbətiyyə, İqliməl-Toffah və Yəqum məntəqələrində Livanın hava zonasını pozublar. Livanın Əl-Əhd Xəbər Portalı da bu haqda yazıb: “ Bu ardıcıl olaraq 4-cü gündür ki, sionist rejimin qırıcı bombardmançı təyyarələri Livanın hava zonasını pozaraq, bu ölkənin cənub məntəqələri üzərində uçuşlar həyata keçirirlər”.