Suriyada dünən öldürülən azərbaycanlının şəxsiyyəti müəyyənləşib
Dünən Suriyada Azad Suriya Ordusu tərəfindən öldürülən azərbaycanlı, “İraq-Şam İslam Dövləti” qruplaşmasının üzvü Sumqayıt şəhər sakini Rəhman Şıxəliyevdir.
R. Şıxəliyev uzun illər boksla məşğul olub və 2010-2011-ci illərdə Azərbaycanda keçirilən boks üzrə respublika çempionatlarında yüksək nəticələr əldə edib.
R. Şıxəliyev əvvəlcə Türkiyəyə, oradan da Suriyaya gedib.
Azərbaycan Boks Federasiyasının vitse-prezidenti Ağacan Abıyev də APA-ya açıqlamasında Rəhman Şıxəliyevin 2011-ci ilə kimi məşqlərə qatıldığını, sonradan isə idmandan uzaqlaşdığını təsdiqləyib.
Dünən “İraq-Şam İslam Dövləti” qruplaşmasının üzvü “Abdurrahman” ləqəbli azərbaycanlı Azad Suriya Ordusu tərəfindən öldürülüb.
Ötən müddət ərzində həmin döyüşlərdə 100-ə yaxın azərbaycanlı öldürülüb.