AzərbaycanXƏBƏRLƏR

MSK: “Möhsün Səmədovun müraciəti daxil olmayıb”

“Mərkəzi Seçki Komissiyasına İslam Partiyasının sədri Möhsün Səmədovun prezidentliyə namizədliyi ilə bağlı müraciəti daxil olmayıb”. Bunu MSK-nın mətbuat xidmətinin rəhbəri Azər Sarıyev deyib. O qeyd edib ki, MSK-nın 29 avqust iclasında avqustun 24-də müraciət edənlərin məsələsinə baxılacaq.

bu belə haldadır ki, İslam Partiyası sədrinin müavini Akif Heydərli bildirib ki, “Ədalətli seçki uğrunda” təşəbbüs qrupunun Dr. Möhsün Səmədovun sənədlərini Mərkəzi Seçki Komissiyasına təqdim etdiyi vaxtdan artıq bir həftə keçir.

Qanunda nəzərdə tutulan müddət keçsə də, Mərkəzi Seçki Komissiyası Azərbaycan İslam Partiyasının həbsdə olan lideri Dr. Möhsün Səmədovun prezidentliyə namizədliyinin təsdiqlənməsi ilə bağlı müraciətə baxmayıb.

Akif Heydərli bildirmişdir : “Möhsün Səmədovun passiv seçki hüququ tanınsa və namizədliyi təsdiqlənsə, o, həbsdən azad olunmalıdır. Bu isə ölkə prezidentinin səlahiyyətinə aiddir. İslamçıların böyük ümidi var ki, ədalətli yanaşma olacaq, Hacı Möhsün Səmədov azadlığa qovuşacaq. Güman edirik ki, hakimiyyət Hacı Möhsünü azadlığa buraxıb-buraxmamaq məsələsində tərəddüd edir”.

Dr. Möhsün Səmədov 2011-ci ilin yanvarından tənqidi çıxışına görə həbsdədir. O, hakimiyyəti zorla ələ keçirmə cəhdi və başqa ağır cinayətlərdə ittiham və 12 il müddətinə azadlıqdan məhrum olunub.

Dr. Möhsün Səmədov onun prezident seçkilərində namizədliyi ilə bağlı on minlərlərlə yazılı müraciətdən sonra demişdir : “Mənim seçkilərə namizəd kimi qatılmağım özümün istəyimdən daha çox xalqın istəyidir”.

Tags

Related Articles

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Close