Sionist İsrail rejiminin sanksiya olunduğuna görə bu rejimin, iqtisadiyyatına dəyən xəsarətlər ümumilikdə 2014-cü il fevral ayında 100 milyon şekeli (sionist rejimin valyutası) keçir.
Fələstin İnformasiya Agentliyinin sionist Maariv qəzetinə istinadla verdiyi məlumata görə, sionist rejimin bir neçə nazirliyinin verdikləri məlumatlar göstərir ki, Avropa Birliyinin sionist rejimin İordan çayının qərb sahillərində qəsəbələrin salmasına etiraz olaraq tətbiq etdiyi sanksiyalar İsrailin iqtisadiyyatına ötən ayda 100 milyon şekeldən çox zərbə vurub.
Bu məlumata görə, sionistlər tərəfindən qəsəbələrin salınması prosesi davam etdiyi halda Avropa Birliyi İsrail şirkətlərinə əlavə sanksiyalar tətbiq edəcək və bu məsələ İsrail rejimi iqtisadiyyatını daha çox xəsarətlə üzləşdirəcəkdir.
Avropa Birliyi 2013-cü ilin sonlarında sionist rejimin qəsəbə salma siyasətinə etiraz olaraq sionist şəhərciklərdə istehsal olunan məhsullara sanksiya tətbiq etdi.