Mərkəzi Seçki Komissiyası (MSK) Rüstəm İbrahimbəyovun namizədliyinin təsdiq edilməməsi ilə bağlı BMT İnsan Hüquqları Komitəsinə şikayət edəcəyi məsələsinə münasibət bildirib.
MSK sədrinin müavini Natiq Məmmədov jurnalistlərə bildirib ki, MSK Rüstəm İbrahimbəyovla bağlı son qərarını verib: “Bu qərarı MSK ölkə qanuna uyğun verib və eyni zamanda da maraqlı şəxslərin həmin qərardan narazı olmaq haqları var. Onların bu qərardan məhkəmə və digər orqanlara müraciət etmələri ilə bağlı heç bir müzakirə aparmaq fikrim yoxdur”.
Ədalət Partiyası a Mərkəzi Seçki Komissiyasının seçkiqabağı təşviqat mərhələsinə etiraz edib. Etiraz bəyanat;nda deyilir deyilir: “16 sentyabr prezident seçkisində seçkiqabağı təşviqat mərhələsinin ilk günü idi. Qanunvericiliyə görə, prezidentliyə namizədlər üçün İctimai Radioda çıxış etmək üçün efir vaxtı ayrılsa da, Ədalət Partiyasının sədri İlyas İsmayılov və ya onun nümayəndəsi bundan yararlana bilməyib.
Ədalət Partiyası bəyan edir ki, seçkiqabağı təşviqat mərhələsində namizədlərin hüquq və vəzifələri Seçki Məcəlləsinin 74-cü maddəsində təsbit olunur və bu maddədə belə bir zərurətdən söhbət açılmır. Yeni qayda isə bu məsələni xeyli çətinləşdirir və namizədlər qarşısında bürokratik əngəllər yaradır.
Ədalət Partiyası MSK-nı qanunlara hörmət etməyə və qanunazidd təlimatları ilə namizədlərə təbliğat-təşviqat işində əngəl yaratmamağa çağırır”.
REAL hərəkatının lideri İlqar Məmmədovun Bakı Apellyasiya Məhkəməsinə şikayəti üzrə proses keçirilib. Mərkəzi Seçki Komissiyası ötən həftə hərəkatın lideri İlqar Məmmədovun prezidentliyə namizədliyini qeydə almayıb. Onun namizədliyinin müdafiəsi üçün kifayət qədər imzanın toplanmadığı (minimum 40 min imza tələb olunur) bəyan olunub. Məhkəməyə bu qərardan şikayət verilib. prosesdə İlqar Məmmədovun özü də iştirak edib. REAL hərəkatının həbsdə olan lideri İlqar Məmmədov çıxışında bəyan edib ki “Hamıya çağırış edirəm, bu ilki prezident seçkilərində Cəmil Həsənlini dəstəkləsinlər!” İlqar Məmmədovun vəkili Xalid Bağırov proses zamanı bildirib ki, MSK sənədləri düzgün yoxlamayıb, məhkəməyə təqdim olunan sənədlər ehtimallar əsasında hazırlanıb.
. İlqar Məmmədov bu il fevralın 4-dən həbsdədir, Bakı İstintaq Təcridxanasında saxlanır.