İran İslam Respublikası prezidenti müəllim gününü bilik, aydınlıq, çiçəklənmə və yüksəliş günü adlandırıb.
İran Prezidenti Həsən Ruhani müəllim günü münasibəti ilə yaydığı müraciətdə şəhid müəllim ustad Murtəza Mutəhhərinın xatirəsini qeyd edərək və müəllim gününü bütün müəllimlərə təbrik edərək deyib: Heç şübhəsiz ki, hər bir cəmiyyət çərçivəsinin davamlı olması, mədəniyyət və innovasiya ruhunun o cəmiyyətdə cərəyan etməsindən asılıdır.
İran İslam Respublikası prezidenti deyib: Bu böyük bir şərəf və fəxr sayılır ki, İranlılar sivilizasiya tarixinin başlanğıcından bəri, mötədillik və hikmət xarakteri daşıyan mədəniyyətin və onun dümuada yayılmasının bayaraqdarı olmuşlar.
Ruhani açıqlayıb: Bu diyarın elm və düşüncə şəxisyyətlərinin əsərləri, əsrlərin ötməsinə rəğmən, hələ də dünya universitetləri və elmi mərkəzlərinin diqqət mərkəzində durub bu isə İranda elm və öyrənmənin yüksək yerdə durduğunun göstəricisidir.
İran prezidenti deyib: Heç şübhəsiz ki, elmi bir şəxsiyyətin parlaması təlim üzrə güclü strukturdan və böyük qabiliyyətləri olan müəllimlərin vucudundan asılıdır . Bunlar əslində daima adları tarix səhifələrində gizli qalmış təvazökar mütəfəkkirlər və alimlərdirlər ki, onların səyləri nəticəsində xalqımız üçün maarif və elmi şəxsiyyətlər xəzinələri yaradılır və onların bərəkətli varlıqlarıdır kı , mədəniyyət və sivilizasiyanın yaradılması üçün zəmin hazırlayır.
Bu gün 2 may şəhid müəllim ostad Murtəza Mütəhhərinin şəhid edilməsinin ildönümü , İranda müəllimlər günü adlandırılıb. Agah İslamşünas, zamanşünas, xalqın dərdi ilə tanış olan və görkəmli filosof Ostad şəhid Murtəza Mütəhhərinin terrorçu münafiqlər qruplaşaması tərəfindən şəhid edilməsindən sonra, bu gün İran İslam Respublikasında Müəllim günü kimi qeydə alınıb.