Azərbaycan Respublikasında daha bir müəmmalı əsgər ölümü aşkarlanıb. Əsgərin valideynləri əsgərin özünə qəsd etməsinə inanmırlar.
Hal-hazırda Göyçayda olan hüquq müdafiəçisi Oqtay İsgəndərli “Deyerler”ə açıqlamasında deyib ki, Hərbi Komissarlıqdan əsgərin valideynlərinə verilən ekspertiziya rəyində bir cümlə qeyd olunub: “Güllə beyin qapaq nahiyyəsinə dəyərək ölüb”.
“Güllə mərhumun sağ qulağının yanından dəyib. Bizdə olan məlumata görə hadisə ilə əlaqədar bir nəfər saxlanılıb. Valideynləri deyir ki, uşağın özünə qəsd etməsinə inanmırlar. Onlar təkrar ekspertizanın keçirilməsini istəyirlər. PKM markalı pulemyotla özünə qəsd etmək absurt məsələdir. Bu mümkünsüzsür”,-deyə hüquq müdafiəçisi deyib.
