Misirin eks-prezidenti Hüsnü Mübarəkin həbsi ev dustaqlığı ilə əvəz olunub.
Fransa İnformasiya Agentliyinin məlumatına görə, Misirin hərbi rəsmiləri bu ölkənin sabiq prezidenti Hüsnü Mübarəkin ev dustaqlığı həbsinə qərar veriblər.
Misirin dövlət televiziyası bildirib ki, Hüsnü Mübarəkin ev dustaqlığı qərarı ölkədəki fövqəladə vəziyyətə görə çıxarılıb.
Qahirənin Cəza Məhkəməsi bu ölkənin kənarlaşdırılmış prezidenti Hüsnü Mübarəki hədiyyələr almaq və İsrailə qaz ixrac etmək məsələsində təqsirsiz elan edib.
2013-cü ilin yanvar ayında Misirin Apelyasiya məhkəməsi Mübarəkin işi ilə bağlı bütün qərarları ləğv edib və bütün müttəhimlərin yenidən mühakimə olunmasına göstəriş verib.
