SuriyaXƏBƏRLƏR

Mübarək: 1973-cü il müharibəsini mən başlatdım

Keçmiş Misir diktatoru Hüsnü Mübarəkin yeni açıqlamalarına əsasən, 1973-cü ildə İsrailə qarşı Ərəb müharibəsinin başlanmasından 6 dəqiqə öncə O, İsrailə hücum əmri veribmiş.

Tayms İsrail qəzeti Hüsnü Mübarəkin son açıqlamalarına istinadla yazır: O zaman Misirin Hava Qüvvələri komandanı olan Mübarək, 1973-cü il müharibəsinin başlanmasından 6 dəqiqə öncə Misir Hava Qüvvələrinə İsrailin rabitə postlarının bombardman edilməsi barədə göstəriş verib.
Tayms İsrail qəzeti öz internet səhifəsində yerləşdirdiyi məqalədə yazır: Hamı belə inanır ki, müharibə oktyabrın 6-da saat 2-də başlandı və Misirin 200-dən çox qırıcısı İsrailin 3 bazasını, raket qurğularını, komandanlıq mərkəzlərini, çoxlu sayda topxana və lokator mərkəzlərini bombardman etdi.
O zamanlar Misirin Hava Qüvvələri komandanı olan Mübarək yalnız 3 nəfərin o cümlədən Misir Prezidenti Ənvər Sadatın onun planından agah olduğunu bildirib.
Müharibənin 40-cı ildönümündə sionist rejim o zaman İsrailin baş naziri olmuş Gilda Mayer-in Faktaraşdırıcı Komissiyadakı çıxışını yayımlayıb.
İndiyə kimi məxfi saxlanılan bu çıxış 6 oktyabr müharibəsindən öncə İsrailin gördüyü işlərlə bağlı araşdırma aparan Faktaraşdırıcı Komissiyanın mahiyyətini ifşa edir. Bu komissiyada Gilda Mayer Misirin İsrailə hücumunu önləmək üçün önləyici hücumun həyata keçirilməsi ilə müxalifət etməsini əsaslandırmağa çalışır.
Mübarək bu lent yazısında deyir: Müharibənin başlanmasından öncə Fələstin Özünü İdarə Təşkilatının başçısı Yasir Ərəfat İsrail tərəfini hücumla bağlı məlumatlandırmışdı. Çoxları elə inanır ki, İordaniya kralı Məlik Hüseyn 25 sentyabr 1973-cü il tarixində Gilda Mayeri müharibədən xəbərdar edibmiş. Amma, İsraili xəbərdar edən Yasir Ərəfat olub.
Tayms İsrail qəzetinin yayımladığı bu məlumata görə, o müharibə 2500 sionistin ölümü ilə nəticələndi. Misir və Suriya isə bu müharibədə 10 hərbçi itirdilər.
Əl-Yəum əl-Sabe internet saytı da son zamanlar Mübarəkin yeni bir audio-yazısını yayımlayıb. 30 iyun hadisələri və Məhəmməd Mursiyə qarşı dövlət çevrilişindən öncə Mübarəkin xəbəri olmadan yazılan bu lent yazısında Mübarək Misirin bir çox məsələləri haqda danışıb.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu