Azərbaycan vətəndaşlarının Suriyaya ezam olunmasının pərdə arxası
Azərbaycan Respublikası vətəndaşlarının vəhhabilər tərəfindən və Türkiyənin köməyi ilə Suriyaya necə ezam olunmalarına dair təkanverici reportaj yayımlayıb.
Bu reportajda bildirilir ki, Suriyada dövlət və xalqa qarşı terror aktları törətmək üçün vəhhabi və təkfirçi qruplaşmalar Azərbaycan Respublikasının Zaqatala rayonunda bu ölkə vətəndaşlarını müxtəlif fəndlərlə və Türkiyə torpağı vasitəsi ilə Suriyaya daxil olmaq üçün istiqamətləndirirlər.
Suriyaya ezam olunan azərbaycanlılardan birinin anası ANS reportyoruna deyib: Mən öz övladımın vəhhabilər tərəfindən Suriyaya ezam olunmasından narazıyam. Əgər onun döyüşməsi yaxşıdırsa, Qarabağa ezam olunsun və suriyalı müsəlmanlara qarşı deyil, ermənilərə qarşı döyüşsün.
Reportajın ANS telekanalından yayımlanması Azərbaycan Respublikasının ümumi fikrinin Türkiyə qurumları, ərəb və qərb ölkələrinə bağlı vəhhabilərin Azərbaycan vətəndaşlarının Suriyaya ezam olunmalarındakı müdaxilələrdən narazılığını göstərir.
Suriya müsəlmanlarının qanını tökmək üçün Azərbaycan Respublikası vətəndaşlarından istifadə ilə bağlı Türkiyənin səyi elə bir haldadır ki, Türkiyə Ermənistan prezidenti- Serj Sarkisyanı prezident seçkilərində qələbə çalmasını təbrik etmək və İrəvan-Van hava uçuşlarını açmaqla İrəvanla münasibətlərin genişləndirilməsi üzrə hərəkətlərində yeni dövrə başlayıb. Halbuki rəsmi Ankara bundan öncə Ermənistanla münasibətlərin genişləndirilməsini Qarabağ məsələsinin həlli ilə şərtləndirmişdi.