Mübariz Qurbanlı dindar təbəqənin seçki prossesində iştirakını məqbul saymır
Azərbaycan Respublikasında hakim Yeni Azərbaycan Partiyasının icra katibinin müavini xalqın dindar təbəqəsinin seçki prossesində iştirakını məqbul saymadığını bildirib.
Seçkiqabağı dönəmdə dindar gənclərin Bakıdakı aksiyalarda iştirakını əngəlləmək məqsədi ilə mübariz ruhani, ilahiyyatçı Hacı Taleh Bağırovun həbsinə münasibət bildirən Mübariz Qurbanlı deyib ki, Nardarandakı aksiya ilə hazırda hüquq-mühafizə orqanları məşğul olur.
Publika saytına açıqlamasında Mübariz Qurbanlı əlavə edib : “Həmin aksiya qanun pozuntudursa bununla bağlı müvafiq orqanlar tədbir görəcəklər. Mən hesab edirəm ki, bu qanun pozuntusudur”!
M.Qurbanlı iddia edib ki, Azərbaycanda dini azadlıq mövcuddur və Azərbaycan hökuməti bu azadlığı təmin edib.
YAP icra katibinin müavini əlavə edib : “Heç kimin etiqadına, dini azadlığına toxunmuruq. Ona görə də din adı altında kimsə hərəkət edirsə, hesab edirəm ki, düz etmir. Ölkədə bütün azadlıqlar kimi dini azadlıqlar da mövcuddur”!!
Hacı T.Bağırovun xütbəsində söylədiklərinə gəlincə, M.Qurbanlı deyib ki, bizim hökumət nə üçün Əməvi xilafəti ilə müqayisə olunmalıdır?:
M.Qurbanlı əlavə edib : “İqtidarın Əməvi xilafəti ilə hansı oxşarlığı var. Bilmirəm kim nə deyir, nəyi nəzərdə tutur. Amma, bunun bizə heç bir aidiyyatı yoxdur. Azərbaycan hökuməti demokratik hökümətdir”.
İlahiyyatçının həbsinə gəlincə, M.Qurbanlı bununla bağlı heç nə deyə bilməyəcəyini bildirib!
Qeyd etmək lazımdir ki, Hacı T.Bağırov son xütbəsinin sonundakı “Bu günün Əməvi xilafəti silkələnir” deməklə hakimiyyət dairələrinə vahid xütbə siystemi adı altında məscidlərə müdaxilələrinə görə xəbərdarlıq etmişdir.