Ərəbistan xalqı siyasi məhbusların himayəsi üzrə aksiya keçirib.
Ərəbistanın mərkəzində yerləşən Qəssim vilayətinin Buridə şəhəri əhalisi siyasi məhbusların himayəsi üzrə aksiya keçirib və onların dərhal azad olunmalarını tələb edib.
Aksiyaçılar həmçinin siyasi məhbuslarla kobud davranış və onların Ali-Səud rejimi təhlükəsizlik qüvvələri tərəfindən işgəncə olunmalarını pisləyiblər.
İnsan haqları fəalları bildiriblər ki, Ərəbistan həbsxanalarında 40 mindən çox siyasi məhbus vardır. Onların əksəriyyəti hələlik ya mühakimə olunmayıb, yada ki, əsassız ittihamlarla həbs olunub.